Mineaz Company
Haqqımızda
Haqqımızda
"Mineaz Company" MMC 2011-ci ildən etibarən dağ-mədən və avtomobil yolu tikintisi sahəsində fəaliyyət göstərir. Şirkətin struktur heyətində Azərbaycan Respublikasının beynəlxalq avtomobil yollarının inşasında təcrübə qazanmış ixtisaslı mütəxəssislər çalışır.
Sifarişçi tələblərinə uyğun olaraq layihələndirmə, qazma, daşınma və tikinti işlərini həyata keçiririk. Layihələndirmədən başlayaraq təhvil mərhələsinədək üzərimizə götürdüyümüz bütün işləri yüksək keyfiyyət və peşəkarlıqla icra edirik. Şirkətimizin balansında olan 100-dən artıq müxtəlif təyinatlı texnika bu proseslərin operativ və effektiv yerinə yetirilməsini təmin edir.
Yarandığı gündən etibarən məqsədimiz sifarişçilərin və peşəkar mütəxəssislərin etimad göstərdiyi aparıcı şirkətlərdən birinə çevrilmək olmuşdur. Missiyamız isə müştərilərimizə müstəsna xidmət göstərmək və əməkdaşlarımıza rəqabətə davamlı karyera imkanları təqdim edən sağlam iş mühiti yaratmaqdır.
Əsas prinsipimiz — müştərilərimizə yüksək keyfiyyət, əlverişli qiymət, optimal müqavilə şərtləri və fərdi yanaşma təqdim etməkdir.